reklam
Sportfm.az xəbər saytı

"İlin qalibləri-2016" müəyyənləşəcək


İdman Araşdırmalar Mərkəzi (İAM) ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb. 
 
Sportfm.az xəbər verir ki, "İlin qalibləri-2016" adlanan layihənin baş sponsoru "İtaldizain Group", informasiya dəstəkçiləri isə "Report" agentliyi və Sportnet.az portalıdır.
 
İlkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək:
 
1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (futbol və digər növlər üzrə);
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);
8. İlin idman jurnalisti.
 
Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası dünya çempionatının isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır.
 
Qaliblərlə yanaşı, İAM-ın xüsusi mükafatlarının sahibləri dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

İlin ən yaxşıları açıqlandı - SİYAHI
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını seçir
“İlin qalibləri-2021″in mükafatçıları müəyyənləşdi - SİYAHI
“İlin qalibləri-2018” layihəsi üzrə mükafatçılar müəyyənləşdi - SİYAHI
İlin qalibləri nə vaxt və harada mükafatlandırılacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər