Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda voleybol festivalı keçirilir
Heydər Əliyev Mərkəzində 2017-ci ildə ölkəmizdə keçiriləcək voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə həsr olunmuş voleybol festivalı keçirilib.
Sportfm.az xəbər verir ki, festival açıq havada təşkil olunub. Tədbirdə orta məktəb şagirdləri iştirak edib. Həmin uşaqlar yanvar ayında ölkəmizdə keçirilən orta məktəbin idman müəllimləri üçün təşkil olunan seminarda iştirak edən müəllimlərin tələbələridi.
Azərbaycan Voleybol Federasiyasının nəznində olan Voleybol İnkişaf Mərkəzi tərəfindən keçirilən bu festival 4 mərhələdən ibarətdi. İlk mərhələ aprel ayında Bakı şəhərində Xətai İdman Məktəbində, ikinci mərhələ - Şəki və Gəncə şəhərlərində keçirilib. Heydər Əliyev Mərkəzində keçiriləcək festival III mərhələdi. IV mərhələ isə sentyabr ayında Avropa çempionatının başlanmasına yaxın keçiriləcək.
Festivalda Voleybol üzrə qadınlardan ibarət Milli komandamızın və çimərlik voleybolunun oyunçuları iştirak edəcək. H.Əliyev Mərkəzində keçiriləcək festivalda 3 ədəd voleybol toru qurulacaq. İştirakçılar ilk olaraq AVF nümayəndələri tərəfindən voleybol qaydalarından, voleybolun tarixindən, ölkəmizdə keçirilən və keçiriləcək yarışlar haqqında məlumatlandırılacaqlar. Daha sonra iştirakçılar milli komandamızın oyunçuları və çimərlik voleybolçuları ilə yaxından tanış olacaqlar.
Oxşar xəbərlər
Voleybol məşqçiləri üçün seminar keçirildi
Elnur Məmmədov daha bir plan hazırladı
Bakıda voleybol üzrə daha bir seminar
Bakıda ilk dəfə təşkil edilən voleybol seminarı davam edir
Onat Kurt Bakıda seminar keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası