reklam
Güləşçilərimizin qatılacaqları ilk yarışlar -
Sportfm.az xəbər saytı

Güləşçilərimizin qatılacaqları ilk yarışlar -SİYAHI


Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarının 2022-ci ildə qatılacağı ilk yarışlar bəlli olub.

Sportfm.az xəbər verir ki, sərbəst güləş yığmasının Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Dan Kolov - Nikola Petrov turnirində iştirakı gözlənilir.

Həmin yarış 17 - 20 fevralda gerçəkləşəcək.

Yunan-Roma güləşçiləri isə cari ilə Türkiyədə start verəcək. Aleksandr Tarakanovun baş məşqçi olduğu komanda 24 - 27 fevralda İstanbulda Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacaq.

Qeyd edək ki, qadın güləşçilər 26 - 30 yanvarda Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıgin Qran-prisində mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri reytinq turnirinə qatılacaq
Güləşçilərimiz Avropa çempionatına Bakıda hazırlaşır - VİDEO
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Güləşçilərimiz Dan Kolov və Nikola Petrovun xatirə turnirində yarışacaq
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər