reklam
Güləşçilərimiz Dan Kolov və Nikola Petrovun xatirə turnirində yarışacaq
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Dan Kolov və Nikola Petrovun xatirə turnirində yarışacaq


22-25 mart 2018-ci il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, Yunan-Roma və qadın güləşi üzrə yığma komandamız üzvləri turnirdə iştirak edəcək. 
Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında turnirə Elman Muxtarov (67 kq) və Rəsul Çunayev (72 kq) yollanacaq. 
Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvələrini sınayacaq. 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Oxşar xəbərlər

Sofiyada yarış bitdi, Stadnik Bakıya qızılla dönür
Elis macarı uddu, yığmamız medal qazandı
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Yunan-Roma güləşçilərimiz "Təxti Kuboku"nda
Dünya çempionatında ölkəmiz neçə güləşçi ilə təmsil olunacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər