reklam
“Turan Tovuz” – “Fənərbaxça” oyununun gəliri Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Sportfm.az xəbər saytı

“Turan Tovuz” – “Fənərbaxça” oyununun gəliri Qarabağ Dirçəliş Fonduna ianə ediləcək


Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sportfm.az Fonda istinadən xəbər verir ki, Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda Tovuz təmsilçisi ilə “Fənərbaxça” arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə “Turan Tovuz” rəhbərliyinə təşəkkürünü bildirib.

Hacıyev qeyd edib ki, idman yalnız rəqabət və mübarizə meydanı deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsədlər ətrafında birləşdirən mühüm platformadır. Onun sözlərinə görə, “Turan Tovuz” və “Fənərbaxça” kimi iki köklü klubun qarşılaşmasından əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi idmanın birləşdirici və xeyirxah gücünü bir daha nümayiş etdirir.

Ehtiram Quliyev isə bildirib ki, belə bir oyunun keçirilməsi azarkeşlər üçün maraqlı futbol hadisəsi olmaqla yanaşı, xeyirxah məqsədə xidmət etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, qarşılaşmadan əldə olunacaq gəlirin Qarabağ Dirçəliş Fonduna ianə edilməsi həm klublara, həm də azarkeşlərə Qarabağın dirçəlişinə dəstək vermək imkanı yaradır.

“Turan Tovuz” və “Fənərbaxça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA kubokunda üz-üzə gəliblər. Tərəflər həmin il ilk dəfə avqustun 9-da İstanbulda “Şükrü Saracoğlu”da, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qarşılaşıblar.

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbaxça” oyunu saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Turan Tovuz" - "Fənərbaxça" oynuna neçə bilet satıldı?
"Turan Tovuz"dan 2 milyonluq tərəfdaşlıq müqaviləsi
Ehtiram Quliyev "Fənərbaxça"nın prezidenti ilə görüşdü - FOTO
AFFA və Qarabağ Dirçəliş Fondu arasında Memorandum imzalandı - FOTO
Millinin oyunlarından Qarabağ Dirçəliş Fonduna ianə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər