Güləşçilərimiz Avropa çempionatına Bakıda hazırlaşır -VİDEO
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçir.
Sportfm.az xəbər verir ki, fevralın 10-da start götürmüş hazırlıq prosesi ayın 23-dək davam edəcək.
Yığma baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə 2 məşq keçir. Hazırlıq prosesi əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya Güləş Mərkəzində təşkil olunan toplanış qarşıdan gələn yarışlara hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə milli komandanın 2022-ci ildə ilk sınağı reytinq turniri olacaq. Yığma 24 - 27 fevralda Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Əmrə turnirində mübarizə aparacaq. Əsas yarışlar isə marta təsadüf edəcək. 7 - 13 martda Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı baş tutacaqsa, 28 mart - 3 apreldə Macarıstanın paytaxtı Budapeştdə böyüklərin analoji yarışına start veriləcək.
Oxşar xəbərlər
Azərbaycanın güləş milliləri dünya çempionatına hazırlaşır
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz hazırlıqlara başladı - Dünya çempionatı
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Yığmamız təlim-məşq toplanışına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Turan"la üz-üzə, "Palms Sports Arena"da maraqlı oyun - YENİLƏNİR
-
Milliyə 27 futbolçu çağırıldı - SİYAHI
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Karvan-Yevlax” böyük hesabla qalib gəldi - I Liqa
-
Cüdoçularımız üçün Zaqreb sınağı















Misli Premyer Liqası