reklam
Tərlan Əhmədovdan AFFA-ya
Sportfm.az xəbər saytı

Tərlan Əhmədovdan AFFA-ya "qəzəbli zəng"


Topaz Premyer Liqasının 17-ci turunun "Qəbələ" - AZAL qarşılaşması da qalmaqalsız ötüşmədi.
 
Sportfm.az xəbər verir ki, son turlarda olduğu kimi, bu görüşdə də kobud hakim səhvi qeydə alındı. Oyunun ikinci hissəsində, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən qonaqların yerinə yetirdiyi cərimə zərbəsi zamanı qapı önünə göndərilən topa müdafiə xəttinə köməyə gəlmiş Daniel Subotiç aşkarca əllə toxundu. Bu epizodda bakılılar dərhal hakimdən penalti tələb etməyə başlasalar da, İnqilab Məmmədovun fiti susdu. "Qəbələ"nin qapısına verilməyən bu penalti AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu da bərk qəzəbləndimişdi. Mətbuat konfrasında bu haqda sual verilməsini istəməyən mütəxəssis hirsini telefonda tökdü. Belə ki, o, AFFA-dan kiməsə zəng vuraraq "bacarmırlarsa, göndərməyin" deyərək etirazını bildirdi.
 
Mənbə: Futbolinfo.az

Oxşar xəbərlər

20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
AZAL-dan antirekord, Vaqifdən yubiley
AZAL-a bir zərbə daha
Qurbanov "Qəbələ" - AZAL qarşılaşması haqqında
“Bu cür təyinatları görəndə, deməyə söz tapmıram” - AZAL-dan növbəti etiraz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər