20 tur, 19 penalti və 16 qol -STATİSTİKA
Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 19 penalti təyin olunub.
Sportfm.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 20 turun 80 matçında 16 qol 11 metrlik nöqtədən vurulub. Digər 3 penalti zərbəsi dəqiq olmayıb.
Meydan sahibləri 10, qonaqlar 9 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirib. Qolla nəticələnməyən hər üç penalti meydan sahiblərinin passivindədi.
“Səbail” hamıdan çox – 6 belə zərbə vurubsa, “Sabah” penalti imkanı qazanmayıb. “Sumqayıt” ən çox cəzalanan komandadısa, “Qarabağ”ın qapısına penalti təyin edilməyib.
Qeyd edək ki, Emin Mahmudov (“Neftçi”), Nikolas Raysel (“Qəbələ”), Mehdi Şərifi, Peyman Babayi (hər ikisi “Sumqayıt”), Hendrik Ekşteyn (“Səbail”) və Ağabala Ramazanov (“Səbail”də olarkən) hərəyə 2 penalti zərbəsi vurub. Bu oyunçulardan yalnız Ramazanov bir imkanı qaçırıb.
Oxşar xəbərlər
Mahmudov yeni rekorda imza atdı
Azərbaycan çempionatında 17 ildən sonra yaşanan hadisə
“Qəbələ”nin penaltilər üzrə rekordçusu
Filip Ozobiç, Aleksey Qay və Deon Bartonu birləşdirən nədir?
Axundov və “Sumqayıt” - Penalti rekordları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası