reklam
Göygöl toplanışını başa çatdı -
Sportfm.az xəbər saytı

Göygöl toplanışını başa çatdı -VİDEO


Cüdo üzrə böyüklər və gənclərdən ibarət Azərbaycan milli komandası Göygöl Olimpiya Kompleksindəki təlim-məşq toplanışını başa vurub.

Sportfm.az xəbər verir ki, ilin son hazırlıq prosesinə 18 - 31 yaşlı ümumilikdə 58 tatami ustası cəlb olunub. Onlar əsasən Bakı, Sumqayıt, Gəncə və Qəbələni təmsil edirlər. Azərbaycan Kubokunun qalib və mükafatçıları, millinin digər aparıcı heyət üzvlərinin qatıldıqları toplanışda əsas məqsəd 2022-ci il yanvarın sonlarından başlayacaq beynəlxalq yarışlarda onların hazırlıqlarının yüksəldilməsidir.

Böyüklərdən ibarət yığmanın kapitanı Rüstəm Orucov gələn il üçün forma yığmağa başladıqlarını söyləyib: "Bizi Avropa və dünya çempionatı, V İslam Həmrəyliyi Oyunları kimi çox güclü yarışlar gözləyir. Təbii ki, əsas hədəfimiz Paris-2024 Qış Olimpiya Oyunlarıdır. Lakin olimpiadadan əvvəl də məsul turnirlərimiz olacaq".

Millinin məşqçisi Elçin İsmayılov cüdoçuların toplanış müddətində güc və dözümlülük topladıqlarını açıqlayıb: "Qarşıdakı turnirlərdə millinin bütün üzvləri qatılacaqlar. Ona görə də toplanışa titullu cüdoçularla yanaşı, gənc və perspektivliləri də cəlb etmişik".

Xatırladaq ki, böyüklər və gənclərdən ibarət milli komanda 8 - 15 yanvarda Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Oxşar xəbərlər

Cüdoçularımız DÇ-yə Göygöldə hazırlaşır
Bu dəfə toplanış üçün Antalyaya yollandılar
Millimiz bu dəfə Almaniyada hazırlaşır
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər