reklam
Millimiz bu dəfə Almaniyada hazırlaşır
Sportfm.az xəbər saytı

Millimiz bu dəfə Almaniyada hazırlaşır


Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının üzvləri martın 27-dən etibarən Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Sportfm.az xəbər verir ki, hazırlıq prosesində 21 ölkədən 600-dən çox idmançı iştirak edir.

Martın 29-na qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının 17 üzvü qatılıb.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Oxşar xəbərlər

Cüdoçularımız DÇ-yə Göygöldə hazırlaşır
Avropa Kuboku üçün heyət məlum oldu
6 qadın idmançımız Yaponiyada
Bu dəfə toplanış üçün Antalyaya yollandılar
16 cüdoçumuz Parisdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər