reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək -Azərbaycan Kuboku


Teqbol üzrə ilk Azərbaycan Kuboku davam edir.  Ötən gün açılış mərasimi baş tutan 12 komandanın iştirak etdiyi turnirdə artıq 1/4 finalın iştirakçıları məlumdu. 
Sportfm.az xəbər verir ki, "Marafon" İdman Kompleksində keçirilən görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirən komandalardan "Gənclərbirliyi 1", "Marafon","Bakı", "Xilə","Adaş", "Qarabağ" "Keşlə" və "Meqa" növbəti mərhələyə vəsiqə qazanıb. 
Azərbaycan Kubokunun bu mərhələsində əvvəlcədən də açıqlandığı kimi, reqlamentə uyğun olaraq "Gənclərbirliyi 1" "Marafon"la, "Bakı" "Xilə" ilə, "Adaş" "Qarabağ" klubuyla, "Keşlə" isə "Meqa" ilə yarımfinala çıxmaq üçün mübarizə aparacaq. 
Qeyd edək ki, turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara Azərbaycan Teqbol Federasiyası tərəfindən pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.

Oxşar xəbərlər

"Marafon" teqbal üzrə ilk Azərbaycan Kubokunu qazandı - FOTOLAR
Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürür Püşkatma
"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Neftçi" Super Liqada ilk məğlubiyyətini aldı
"Şuşa" və "Marafon" növbəti qələbələrini qazandı, "Neftçi" İK "Meqa"nı məğlub etdi - Super Liqa davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər