reklam
Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürür
Sportfm.az xəbər saytı

Teqbol üzrə ilk Azərbaycan Kuboku start götürürPüşkatma


Dekabrın 21-də teqbol üzrə ilk Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Bakıda "Piano" oteldə baş tutan tədbirdə yeni yaradılan Azərbaycan Teqbol Federasiyasının rəsmiləri əvvəlcə yarış iştirakçılarını bu oyunun qaydaları ilə tanış edib. Teqbol idman növünün nədən ibarət olduğunu, necə oynanıldığını göstərən videorolikin nümayişindən sonra püşkatma mərasiminə start verilib. 
Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar. Hər qrupda ilk sıranı tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Turnirin 1/4 finalında müvafiq olaraq A qrupunu lider kimi başa vuran kollektiv B qrupunun ikincisi, B qrupunun lideri isə A qrupunun ikincisi ilə üzə-üzə gələcək. Eyni qayda C və D qruplarındada tətbiq ediləcək. 
Qeyd edək ki, Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunda keçiriləcək.
Turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.

Oxşar xəbərlər

Azərbaycan klubu “Yuventus”la eyni turnirdə
"Qarabağ" "Xilə" ilə üz-üzə gələcək - Azərbaycan Kuboku
“Araz-Naxçıvan”ın potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Azərbaycan Kubokunun püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər