
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Şuşa" və "Marafon" növbəti qələbələrini qazandı, "Neftçi" İK "Meqa"nı məğlub etdi -Super Liqa davam edir
Futtennis üzrə Azərbaycan Super Liqasında ikinci turun oyunlarına yekun vurulub.
Sportfm.az xəbər verir ki, "Marafon" İdman klubunda əvvəlcə ilk turdan təxirə salınan qarşılaşmalar keçirilib. A qrupunda yer alan və adı Super Liqanın favoritləri sırasına çəkilən "Marafon" Bakı "Atletiko"sunu 2:0 hesabı ilə məğlub edib. Tur çərçivəsində ikinci matçına çıxan "Marafon" "Yasamal"la üz-üzə gəlib. İlk turda qələbə qazanan "Yasamal" növbəti dəfə asan rəqib olmadığını sübut edib. Belə ki, ilk setdə "Marafon" qalib gəldikdən sonra, ikinci setdə "Yasamal" idmançıları hesabda 10-4 öndə olsalar da, sonda qələbəni əldən veriblər 0-2. İlk dəfə bu turda tamaşaçılar önünə çıxan A qrupunun digər komandası "Xilə" "Atletiko" önündə varlıq göstərə bilməyib 0-2. B qrupunda çıxış edən yarışın digər iddialı komandası, Nadir Qasımovun rəhbərlik etdiyi "Şuşa-2017" növbəti qələbəsini rəsmiləşdirib. Şuşalılar bu dəfə Gəncəni təmsil edən "Xəmsəfan"dan güclü olub 2:0. Futtennis üzrə Azərbaycan Kubokunun qalibi olan "Neftçi" İK-də turu 3 xalla başa vurub. Anar Həsənovun baş məşqçisi olduğu klub Əhməd İbrahimovun çalışdırdığı "Meqa"ya şans verməyib 2:0. Gün ərzində ikinci görüşünə çıxan "Meqa" bu dəfə də məğlubiyyətdən qaça bilməyib, "Şuşa-2017" "ağ-qırmızılardan" üstün olub 2:0.
Futtennis üzrə Azərbaycan Super Liqası, 2-ci tur
18 dekabr, "Marafon" İdman klubu
A qrupu
Atletiko - Marafon 0-2(ilk turdan təxirə salınan matç)
Xilə - Atletiko 0-2
Marafon - Yasamal 2-0
B qrupu
Neftçi İK - Meqa 2-0
Şuşa-2017 - Xəmsəfan Gəncə 2-0
Meqa - Şuşa-2017 0-2

Oxşar xəbərlər
"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Neftçi" Super Liqada ilk məğlubiyyətini aldı
"Yeni Günəşli" Super Liqada itkisiz irəliləyir - FOTO
Azərbaycanda Super Liqa həyəcanı başlayır
"Xəmsəfan Gəncə" "Neftçi" İK-yə, "Xilə" "Yeni Günəşli"yə qarşı oynayacaq - Azərbaycan Super Liqasının başlama vaxtı bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Kökçünün komandası kubokda qalib gəldi
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO