reklam
Ronaldo formasını hərraca çıxardı -
Sportfm.az xəbər saytı

Ronaldo formasını hərraca çıxardı -Xeyriyyə məqsədilə


Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu formasını hərraca çıxarıb.

Sportfm.az xəbər verir ki, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

Təcrübəli forvard köynəyin üzərində "Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" yazıb.

Auksion dekabrın 24-də baş tutacaq. Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Kumbre Vyexa vulkanının püskürməsi bu il sentyabrın 19-da başlayıb və bu günədək davam edir. Bu müddət ərzində 1 000-dən çox bina dağıdılıb, 6 000-dən çox insan təxliyə edilib.

Oxşar xəbərlər

Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı - 5 milyon TL yığıldı
Ronaldo və Messi eyni klubda - Xəyal
"Mançester Yunayted" Ronaldo ilə müqavilə imzaladı - RƏSMİ
Azərbaycanlı futbolçu prokurorluğa çağırıldı - o maliyyə yardımını mənimsəməkdə şübhəli bilinir
Bordin italiyalı həmyerlilərinə başsağlığı verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər