reklam
Azərbaycanlı futbolçu prokurorluğa çağırıldı -
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu prokurorluğa çağırıldı -o maliyyə yardımını mənimsəməkdə şübhəli bilinir


İran yığmasının sabiq azərbaycanlı məşhur futbolçusu, “Saypa” komandasının baş məşqçisi Əli Dayi prokurorluğa çağırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə keçmiş futbolçu İnstaqram səhifəsində məlumat yayıb.

“Kirmanşahda zəlzələdən zərərçəkənlərə ev tikmək üçün 11 ay gecə-gündüz çalışmağın son nəticəsi prokurorluğa çağırılmaq oldu”, - yazan baş məşqçi Kirmanşahda baş verən zəlzələdə zərərçəkənlərə edilən maliyyə yardımını mənimsəməkdə şübhəli bilinir.

Göndərilən çağırış vərəqəsində ondan Tehranın Firdosi meydanında yerləşən prokurorluğun maliyyə pozuntuları üzrə şöbəsinə müraciət etməsi tələb olunub.

Qeyd edək ki, Kirmanşah zəlzələsində bir çox məşhur şəxs əhalinin vəziyyətindən sui-istifadə edərək yardım toplayıb və həmin vəsaiti mənimsəyiblər. 

Oxşar xəbərlər

İkardi Azərbaycana belə təşəkkür etdi - "Hər kəsə minnətdaram"
Messi, Mbappe və Neymar Türkiyəyə dəstək oldu
Məhşur futbolçuların formaları Türkiyə üçün hərraca çıxarıldı - 5 milyon TL yığıldı
FIDE zəlzələdə zərər çəkənlərə yardım edəcək
Ronaldo formasını hərraca çıxardı - Xeyriyyə məqsədilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər