"Hakimlik barədə danışmaq istəmirəm" -Elmar Baxşıyev
“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridir və öz oyun dəst-xətti ilə seçilən komandadır. Futbolçularımızı ağır matça hazırlamışdıq. Təhlükənin haradan gələcəyini bilirdik. Komandam meydanda istədiyimizi verdi və əzmkarlıq göstərdi. Başabaş oyun alındı".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Fikrimcə, azarkeşlər üçün maraqlı, dinamik oyun alındı. Çalışacağıq ki, bu tempi qoruyaq və iddiamızı hər görüşdə ortaya qoyaq. Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar var ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti olduğu hakimdən başqa hər kəsə aydın idi. Komandanın oyunundan razıyam. Daha da yaxşı ola bilərik. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Oyunun ab-havasını götürəndə belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi. Ümumi götürəndə oyunu aşağı səviyyədə idarə etmədi. Matçın tempini saxlamağı bacardı. Amma bəzi epizodlar var ki, bizdə müəmma yaratdı” - deyə o bildirib.
Oxşar xəbərlər
"Komandam layiqli qələbə qazandı" - Elmar Baxşıyev
"Heyətlə bağlı sıxıntımız var idi" - Elmar Baxşıyev
"Qəbələ" “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir" - Elmar Baxşıyev
“Oyuna 3 xal üçün gəlmişdik” - Elmar Baxşıyev
"Mən müdafiədə oturan komanda istəmirəm" - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası