"Komandam layiqli qələbə qazandı" -Elmar Baxşıyev
"Düşündüyümüzdən də ağır oyun alındı".
Sportfm.az əbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra heyətdə bəzi rotasiyalar etməyə və az oynayan futbolçulara şans verməyə çalışıblar. Onun fikrincə, I Liqa komandaları ilə səviyyə baxımından fərq elə də hiss olunmur: "Oyun da bunu göstərdi. Ümumilikdə komandam ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".
Qeyd edək ki, "Qəbələ" 1/4 finalda "Sumqayıt"la qarşılaşacaq.
Oxşar xəbərlər
"Meydanda istədiklərimizi edə bildik" - Elmar Baxşıyev
“Layiqli qələbə qazandıq” - Sənan Qurbanov
"Yarımfinala layiq matç alındı" - Rəşad Sadıqov
"Qələbə olmayanda soyuqqanlılıq da itir" - Elmar Baxşıyev
"Çempionatın keçirilməsinin tərəfdarıyam" - Elmar Baxşıyev
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası