"Qarabağ"ın rəqibi finalda -Konfrans Liqası
"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Kayrat" Qazaxıstan kubokunda növbəti matçına çıxıb.
Sportfm.az xəbər verir ki, Kostanay təmsilçisi yarımfinal mərhələsinin cavab matçında "Astana"ya 3:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Qarşılaşmada hesab 64-cü dəqiqədə avtoqolla açılıb. Meyrambek Kalmırza topu öz qapılarından keçirib. Digər 2 qolu isə 81-ci dəqiqədə Joze Kante və 86-cı dəqiqədə Vaqner Lav vurublar.
Kurban Berdıyevin baş məşqçi olduğu kollektiv yarımfinalın ilk matçında da rəqibini eyni hesabla məğlub etmişdi. Bu komandanın finaldakı rəqibi "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi olacaq.
Qeyd edək ki, "Qarabağ" H qrupunda "Kayrat"a qarşı keçirdiyi hər iki görüşdə rəqibini 2:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibi Liqa Kubokunda finala yüksəldi
"Trabzonspor" finala çıxa bilmədi - Türkiyə Kuboku
“Qarabağ”ın rəqibi qələbə qazandı - Qazaxıstan çempionatı
"Qarabağ"ın rəqibi "Şaxtyor"la bərabərə qaldı - 1:1
"Kayrat" kubokda qələbə qazandı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku















Misli Premyer Liqası