reklam
Sportfm.az xəbər saytı

"Trabzonspor" finala çıxa bilmədi -Türkiyə Kuboku


Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda evdə "Trabzonspor"u 4:2 hesabı ilə məğlub edən "Kayserispor" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Entoni Nvakaeme açıb. 48-ci dəqiqədə Emrah Başsan tarazlığı bərpa edib. 59-cu dəqiqədə Məcid Hüseyni meydan sahiblərini önə keçirib. 82-ci dəqiqədə Anastasios Bakasetas hesabı bərabərləşdirsə də, Abdullah Avcının baş məşqçi olduğu komanda əsas vaxta əlvə olunmuş 1-ci və 6-cı dəqiqələrdə, müvafiq olaraq, mame Tiam və Başsanın qollarına mane ola bilməyib.

"Trabzonspor" ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

Yarımfinalın digər oyununda "Sivasspor" "Alanyaspor"u qəbul edəcək. Bu qarşılaşma mayın 11-də oynanılacaq.

Qeyd edək ki, "Trabzonspor" Türkiyə Super Liqasında 2021/2022 mövsümünün qalibi olub.

 

Oxşar xəbərlər

“Trabzonspor” Super Kuboku qazandı - Uğur
"Alanyaspor" Türkiyə Kubokunun finalında
Derbidə qalib müəyyənləşmədi - Türkiyə Super Liqası
İngiltərə - İspaniya dueli - Çempionlar Liqası
"Trabzonspor" səfərdə "Fənərbaxça"nı məğlub edib finala çıxdı - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər