Azərbaycanlı hakimlərə beynəlxalq təyinat -Avropa kuboku
Həndbol həvəskarlarının diqqəti bu günlərdə Avropa Həndbol Federasiyasının kuboku uğrunda oyunlardadır.
Sportfm.az xəbər verir ki, kişi həndbolçuların Avropa kuboku yarışında maraqlı görüşlərdən biri Türkiyənin “Beykos” və Rusiyanın “Krasnodar” komandaları arasında olub. Türkiyədə keçirilən ilk oyunda qonaqlar 1 xal fərqi ilə qalib gəliblər: 30-29. Rəqiblərin cavab matçı oktyabrın 23-də Rusiyada olacaq. Krasnodarda keçiriləcək görüşü Azərbaycan hakimləri idarə edəcəklər. Bu qarşılaşmada ədaləti təmsil etmək Ernest və Emil Ağakişi qardaşlarına həvalə olunub.
Referilərimiz oktyabrın 24-də daha bir qitəmiqyaslı qarşılaşmanı idarə edəcəklər. Qadın həndbolçuların Avropa Liqası turnirinin ikinci mərhələsinin “Kuban” – “Sola” görüşündə də söz sahibi Emil və Ernest Ağakişi qardaşları olacaqlar. İlk oyun Norveç klubunun 37-33 hesablı qələbəsi ilə nəticələnib. Təcrübəli referilər beynəlxalq federasiyanın göstərdiyi növbəti etimadı da layiqincə doğrultmaq əzmindədirlər.
Azərbaycan həndbol hakimləri və hakim inspektorları mütəmadi olaraq beynəlxalq yarışlara dəvət alırlar.
Oxşar xəbərlər
Hakimlərimizə növbəti beynəlxalq təyinat
Hakimlərimiz beynəlxalq oyuna təyinat aldı
Azərbaycanlı hakimlər “Çağırış Kuboku”nu idarə edəcəklər
Azərbaycanlı hakimlər “Alkmaar” arenasında
Hakimlərimiz Xorvatiyada oyun idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
"Turan" 3 xal qazandı - Premyer Liqa
-
“Yuventus” Yıldızın satışından 150 milyon qazanacaq
-
Daha bir boksçumuz Avropa çempionudur
-
AFFA yeni sayt istifadəyə verdi - Uşaq futbolu ilə bağlı
-
“Kür” növbəti mərhələyə vəsiqə qazandı - EHF Avropa Kuboku















Misli Premyer Liqası