Azərbaycanlı hakimlər “Alkmaar” arenasında
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri beynəlxalq yarışlara dəvət alıblar.
Sportfm.az xəbər verir ki, həmyerlilərimizdən İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda turnir çərçivəsində təşkil olunacaq “Astraxanoçka”–“Kuban” (hər ikisi Rusiya) qarşılaşmasında EHF-i təmsil edəcək. Noyabrın 11-də “Astraxan” arenasında oynanılacaq matçın hakimləri Bosniya və Herseqovinadan olan Aman Konjicanin və Dino Konjicanin olacaqlar.
Emil və Ernest Ağakişi qardaşları isə noyabrın 12-də qadın həndbolçular arasında “Çağırış Kuboku” uğrunda turnir çərçivəsində keçiriləcək “Maedilon/VZV” (Niderland) – “Rokasa Qran Kanaria ACE” (İspaniya) görüşünü idarə edəcəklər. “Alkmaar” arenasında baş tutacaq oyunda EHF nümayəndəsi lüksemburqlu Paul Nesser olacaq.
Oxşar xəbərlər
Hakimlərimizə növbəti beynəlxalq təyinat
Azərbaycanlı hakimlərə beynəlxalq təyinat - Avropa kuboku
“AEK Athens”-“Berçem” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
Azərbaycanlı hakimlər “Çağırış Kuboku”nu idarə edəcəklər
Hakimlərimiz Xorvatiyada oyun idarə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası