Hakimlərimizə növbəti beynəlxalq təyinat
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar.
Sportfm.az xəbər verir ki, onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin “Beşiktaş Yurtbay Seramik” və Litvanın “HC Qranitas-Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər.
Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın “HC Lokomotiv G. Oryahovitsa” və Niderlandın “Kembit-Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Oxşar xəbərlər
Azərbaycanlı hakimlərə beynəlxalq təyinat - Avropa kuboku
Hakimlərimiz beynəlxalq oyuna təyinat aldı
Beynəlxalq dərəcəli hakimimiz yeni təyinat aldı
Azərbaycanlı hakimlər “Çağırış Kuboku”nu idarə edəcəklər
Azərbaycanlı hakimlər “Alkmaar” arenasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası