reklam
“Sabah” – “Barselona” matçında faciəvi ölüm
Sportfm.az xəbər saytı

“Sabah” – “Barselona” matçında faciəvi ölüm


Bakıda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını (1;4) izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Sportfm.az “Teleqraf”-a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda vəfat edib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

“Sabah” – “Barselona” oyununa 60 mindən çox bilet satıldı - Çempionlar Liqası
Boks üzrə ölkə çempionunun meyiti tapılıb - FOTO
19 yaşlı tələbə futbol oynayarkən vəfat edib
Sumqayıtda idman zalında dəhşətli ölüm - FOTO
"Zaqatala"nın futbolçusu məşqdə öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər