Güləşçimiz yarımfinalda -Dünya çempionatı
Norveçin paytaxtı Oslodakı güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə başlayıb.
60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov ardıcıl olaraq Kriştian Keçkemeti (Macarıstan) və Aydos Sultangaliyə (Qazaxıstan) qalib gəlib. Ayata Suzukini (Yaponiya) də məğlub edən Məmmədov yarımfinala yüksəlib.
97 kq-dakı Murad Lokyayev Pontus Lundu (İsveç) yensə də, Vilius Laurinaitisin (Litva) müqavimətini qıra bilməyib. Stepan Davida (Çexiya) qalib gələn Beka Kandelaki (130 kq) isə Yakobi Kajayaya (Gürcüstan) uduzub.
Lokyayev və Kandelaki rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Oxşar xəbərlər
Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq - Dünya çempionatı
Azərbaycan güləşçiləri reytinq turnirində 3 medal qazandı - SİYAHI
2 idmançımız finalda - Xatirə turniri
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Təsnifat turniri
Güləşçimiz yarımfinala yüksəldi - Fərdi Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası