reklam
Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq -
Sportfm.az xəbər saytı

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq -Dünya çempionatı


Serbiyanın paytaxtı Belqraddakı güləş dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) bürünc medal görüşünə vəsiqə qazanıb. O,  təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib. Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

Sabah Şəriəti (130 kq) ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

Qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) təsəlliverici görüşdə Xiaojuan Luoya (Çin) uduzub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə start verir. Daha əvvəl 5 yunan-Roma güləşçimiz medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Qadın güləşçimiz finala çıxa bilmədi - Dünya çempionatı
Daha iki qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdu
Leyla Qurbanova mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər