Güləşçimiz yarımfinala yüksəldi -Fərdi Dünya Kuboku
Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.
Sportfm.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.
57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.
Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
Oxşar xəbərlər
Hacı Əliyev mübarizəyə başlayır - Dünya Kuboku
Güləşçimiz bürünc medal qazandı - Dünya Kuboku
Güləşçimiz bürünc medal üçün mübarizə aparacaq - Fərdi Dünya Kuboku
4 güləşçimiz mübarizəyə başlayır - Fərdi Dünya Kuboku
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO
-
Azərbaycan millisi Fransaya qalib gəldi
-
Yığmamızın Avropa çempionatının 1/8 finaldakı rəqibi bilindi















Misli Premyer Liqası