reklam
İkardiyə cəza verildi - 2099-cu ilə qədər
Sportfm.az xəbər saytı

İkardiyə cəza verildi - 2099-cu ilə qədər


“Qalatasaray”ın sabiq futbolçusu Mauro İkardi Argentinada gözlənilməz cəza ilə üzləşib. Futbolçunun 2099-cu ilə qədər nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edildiyi açıqlanıb.

Sportfm.az xəbər verir ki, Buenos-Ayres əyalətinin Nəqliyyat Nazirliyi İkardinin avtomobil idarə edərkən çəkilmiş görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra onun sürücülük vəsiqəsini yoxlayıb. Araşdırma zamanı futbolçunun yerli sürücülük vəsiqəsinin müddətinin başa çatdığı müəyyənləşib.

Hadisənin digər diqqətçəkən məqamı isə İkardinin sevgilisi Yevgeniya “La Çina” Suaresin hərəkətdə olan avtomobildə təhlükəsizlik kəmərini açaraq bədəninin böyük hissəsini pəncərədən çıxarması olub. Görüntülərin yayılmasından sonra nazirlik İkardi barəsində tədbir görüldüyünü və onun sürücülük vəsiqəsini yeniləməli olduğunu açıqlayıb.

Qeydiyyata alınan qərarda cəzanın bitmə tarixi 2099-cu il göstərilib. Lakin qurum bunun müvəqqəti tədbir olduğunu və İkardinin sürücülük vəsiqəsini yenilədikdən sonra qərarın dəyişə biləcəyini bildirib.

İkardi isə qərara etiraz edib. O, 2029-cu ilə qədər qüvvədə olan İtaliya sürücülük vəsiqəsinin olduğunu bildirərək, həmin sənədin nə üçün etibarsız sayıldığını soruşub. Futbolçu həmçinin Nəqliyyat Nazirliyini məsələni ictimailəşdirdiyinə görə tənqid edib.

Oxşar xəbərlər

İkardi yenidən məhkəməyə çıxacaq
Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldı
İkardinin müqaviləsi dondurulacaq - QƏRAR
İkardi 2 oyunu oynamayacaq - Zədəyə görə
"Qalatasaray" İkardinin transferini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər