Ölkəmizdə triatlonun inkişafına dair müzakirələr aparıldı
Azərbaycan Triatlon Federasiyasının (ATF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda yığma komandanın qazandığı nəticələr, gənclərdən ibarət millimizin fəaliyyətində əldə olunan irəliləyiş, respublikada triatlonun inkişafı müzakirə edilib.
Sportfm.az xəbər verir ki, federasiyanın prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu keçdiyini vurğulayıb. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç medal var. Yığma komandamızın lideri Rostislav Pevtsov Avropa çempionatında və qitə kuboku yarışlarında gümüş medal əldə edib. Kseniya Levkovskaya isə açıq Asiya kuboku turnirində qızıl medal qazanıb.
Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılıb. İdmançılarımız “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Yay Olimpiya Oyunlarından əvvəlki iki il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
Azərbaycanda triatlon idmanının inkişafı keyfiyyətcə yeni səviyyəyə qalxır. Oktyabrın 6-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə “Baku Triathlon 2019” adlı yarış keçiriləcək. Yarış sprint məsafəsində keçiriləcək. İştirakçılar 0,5 kilometr üzmə, 20 kilometr məsafəyə velosiped və 5 kilometr məsafəyə qaçış yarışlarında mübarizə aparacaqlar. Müxtəlif kateqoriyalarda keçiriləcək turnirdə komanda estafetində də qaliblər mükafatlandırılacaq.
Oxşar xəbərlər
Böyük triatlon yenidən Azərbaycana qayıdır
Azərbaycanlı idmançı qızıl medal qazandı - Avropa kuboku
Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi oldu
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
İdmançımız dünya kuboku yarışlarında dördüncü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
"Neftçi" İK və "Araz-Naxçıvan"dan qələbə - Yüksək Liqa















Misli Premyer Liqası