Bakıda beynəlxalq seminar keçiriləcək
Azərbaycanda triatlon üzrə ilk beynəlxalq seminar və məşq düşərgəsi noyabrın 7-dən 10-dək Bakıda təşkil ediləcək.
Sportfm.az xəbər verir ki, beynəlxalq seminarda mühazirəçi qismində Ukraynanın “Sapik Team” klubunun nümayəndələri çıxış edəcək. Onlar Milli Triatlon Federasiyasının təşəbbüsü ilə yaradılmış “BakuTripClub” ilə əməkdaşlıq edirlər.
Məşğələni Olimpiadanın üçqat iştirakçısı, peşəkar triatlet, Malayziyada keçirilmiş “Ironman” turnirinin qalibi Daniil Sapunov, “Ironman” dünya çempionatının iştirakçısı Anastasiya Çernenko və triatlon məşqçisi İqor Kovtun keçirəcəklər. Azərbaycan Triatlon Federasiyasının vitse-prezidenti Rüstəm İbrahimov giriş nitqi ilə çıxış edəcək.
Beynəlxalq seminar interaktiv formatda keçiriləcək. İştirakçılar öz həyatlarından bəhs edəcək, bu idman növünün incəliklərini diqqətə çatdıracaq, bir sıra digər məsələləri müzakirə edəcəklər.
“Sapik Team” klubunun səfəri çərçivəsində birgə məşqlərin keçirilməsi də nəzərdə tutulub.
Oxşar xəbərlər
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Triatlon Federasiyasının yeni prezidentinin adına aydınlıq gəlib
Birgə seminar - AVF və Təhsil Nazirliyi
Böyük triatlon yenidən Azərbaycana qayıdır
Triatlonçularımız Avropa çempionatında iştirak edəcəklər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası