reklam
Azərbaycanlı gimnast finala düşə bilmədi -
Sportfm.az xəbər saytı

Azərbaycanlı gimnast finala düşə bilmədi -Tokio-2020


Azərbaycanın idman gimnastı İvan Tixonov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, fərdi çoxnövçülükdə qüvvəsini sınayan idmançımız dayaqla tullanmada ilk yanaşmasında 13.600 xal yığıb. 25 yaşlı idmançı ikinci yanaşmasında isə hərəkəti dəqiq yerinə yetirə bilməyib.  

Paralel qollarda 12.766, turnikdə hərəkətlərdə 13.133,  sərbəst hərəkətlərdə 13.233, dəstəli at üzərində isə 13.366, halqalarda 14.200 xal alan gimnast ümumilikdə 80.298 xalla 45-ci yeri tutub.

Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilməyib. Bununla da, o, final mərhələsindən kənarda qalıb.

Oxşar xəbərlər

İdmançılarımız dünya kubokunda finala yüksəldi
Gimnastlarımız beynəlxalq yarışlarda medallar qazandı
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı
Azərbaycanı Dünya Kubokunda iki idmançı təmsil edəcək
Azərbaycanlı gimnast Dünya Kubokunda bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər