Tokio Olimpiadasında könüllülər olmayacaq -SƏBƏB
İyunun 3-dək olan son məlumatlara görə, Yaponiyada 10 minədək könüllü Tokio Olimpiadasına qatılmaqdan imtina edib.
Sportfm.az xəbər verir ki, bu barədə Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi məlumat yayıb.
Bildirilir ki, həmin şəxslər ümumi sayı 80 minə çatan könüllülərin bir hissəsidir.
Qeyd edilir ki, könüllülərin dəstəni tərk etməsinə fevralda, həmin vaxt təşkilat komitəsinin sədri vəzifəsində olan Yoşiro Morinin qadınlar haqqında səsləndirdiyi alçaldıcı ifadədən sonra başlanılıb.
Hətta, Y. Mori istefa verdikdən sonra belə müxtəlif faktorları əsas gətirən könüllülər dəstəni tərk etməkdə davam ediblər. Həmin faktorlar sırasında koronavirusa yoluxma təhlükəsi və fərdi fəaliyyətlə bağlı məsələlər göstərilir.
Təşkilat Komitəsinin baş direktoru Toşiro Muto bildirib ki, onun fikrincə bəzi şəxslər könüllülər dəstəsini şəxsi işləri ilə bağlı tərk ediblər.
Bununla yanaşı, T.Muto qeyd edib ki, çoxlu sayda insanın dəstəni tərk etməsi, bəzi könüllülər həm Olimpiya, həm də Paralimpiya Oyunlarına qatılacağına görə ümumi işdə problem yaratmayacaq.
Oxşar xəbərlər
Yaponiya imtina etdi - Tokio-2020
Tokio olimpiadası təxirə salınmayacaq - Təşkilat Komitəsi
Təşkilat Komitəsinin rəhbəri istefa verdi - Tokio-2020
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
Olimpiadanın xərclərini azaltdılar - 4,3 milyard dollar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası