reklam
AFFA klubları cərimələdi -
Sportfm.az xəbər saytı

AFFA klubları cərimələdi -800 manat


Bu gün AFFA İntizam komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda Premyer Liqamızın son - 28-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.
“Sabah” – “Zirə” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Qəbələ” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 
“Neftçi” – “Qarabağ” oyununda hesab tablosu işlək vəziyyətdə olmadığı üçün meydan sahibi klub 800 manat cərimələnib. Oyundan sonra mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə meydan sahibi klub 800 manat cərimələnib. Görüşdə dəhlizə “A buraxılışı” olmayan şəxslər daxil olduğu üçün "Neftçi" 800 manat cərimələnib.

“Qarabağ” klubunun mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnib.

Oxşar xəbərlər

AFFA bu klublarımızı cərimələdi
İntizam Komitəsi qərarları - AFFA açıqladı
AFFA klubları cərimələdi - 800 manat
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Azərbaycan Premyer Liqası - Cərimələr açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər