Premyer Liqamızda klublar cərimələndi -AFFA
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Premyer Liqamızın 21-ci, Birinci Divizionun isə 19-cu turunun matçlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
21-ci turun “Sabah” – “Qəbələ” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
“Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
21-ci turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;
I Divizionun 19-cu turunun “Turan Tovuz” – “Qarabağ-2” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Turan Tovuz” – “Qarabağ-2” oyununda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
19-cu turun “Sabah-2” – “Zaqatala” oyununda “Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
“Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur;
“Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
“Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur;
19-cu turun “Qaradağ” – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oxşar xəbərlər
I Divizion klublarının cəzaları açıqlandı - 80 manat
Divizion klublarının cəzaları açıqlandı
I Divizion klubları cərimələndi - İntizam Komitəsinin qərarları
AFFA İntizam Komitəsinin qərarları - Klublar cərmələndi
Divizion komandaları cərimə edildi - AFFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin