reklam
AFFA klubları cərimələdi -
Sportfm.az xəbər saytı

AFFA klubları cərimələdi -800 manat


AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasda yeni qərarlar qəbul edib.

Sportfm.az xəbər verir ki, Premyer Liqanın 22-ci turunun oyunlarnın müzakirəsindən sonra 4 klub cərimələnib.
“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Səbail” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” klubunun 28 nömrəli futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Keşlə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimə olunub.

Oxşar xəbərlər

Premyer Liqamızda klublar cərimələndi - AFFA
Kamran Ağayevə ağır cəza - Qırmızı vərəqəyə görə
I Divizionda cəzalar açıqlandı
AFFA klubları cərimələdi
AFFA klublara cərimə kəsdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər