"Azərbaycan millisi keyfiyyətli komandadır" -Yannis Ziavas
"Məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiniz, amma konsentrasiya göstərməyimiz və rəqibin ritminə qapılmamağımız çox vacibdir".
Sportfm.az xəbər verir ki, bu fikirləri futzal üzrə Yunanıstan millisinin baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsində Afinada Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Mütəxəssis Azərbaycan futzalçılarının potensialına bələd olduqlarını bildirib: "Rəqib bu matçı və bütün qarşılaşmaları yüksək tempdə oynayan keyfiyyətli komandadır. Yalnız futbolçularımın səylərindən məmnun qala bilərəm. Önəmli olan böyük komandalarla məsafəmizin daralmasıdır. Təcrübə toplamalıyıq. Bu dönəmdə xal yığsaq, özümüzə inam artacaq və stimul üçün daha yaxşı olacaq".
Qeyd edək ki, ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran Azərbaycan yığması 3-cu qrupda vahid lider olub. Komanda daha əvvəl Slovakiyanı Bakıda 4:1 hesabı ilə üstələyib. Qrupda Moldova millisi də mübarizə aparır.
Oxşar xəbərlər
“Rəqib yaxşı komandadır” – De Byazi
"Bu dəfə belə olmayacaq” - Azərbaycan millisininn qapıçısı
“İtaliya millisinin çox güclü kollektivi var” - De Byazi
"Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var" - Canni De Byazi
"Nəticəni uğurlu hesab edirəm" - Ray Farruca
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
MOİK "Suqamyıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Azərbaycan komandasının bayraqdarları məlum oldu - Dakar-2026
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası