reklam
“İtaliya millisinin çox güclü kollektivi var” -
Sportfm.az xəbər saytı

“İtaliya millisinin çox güclü kollektivi var” -De Byazi


"Hələ Avropa çempionatında öncə demişdim ki, turnirin 4 favoriti var. Bunlar Fransa, Belçika, İngiltərə və İtaliya yığmaları idi".

Bu fikirləri açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya yığmasının Avropa çempionu olması barədə danışarkən deyib.

65 yaşlı mütəxəssis bildirib ki, "Skuadra Adzurra" futbolçuların fərdi bacarıqlarına görə ən yaxşı komanda deyildi: "Amma İtaliya millisinin çox güclü kollektivi var. Burada hamı öz komanda yoldaşı üçün oynayır. Düşünürəm ki, uğurun əsas sirri bundadır".

İtaliyalı mütəxəssis çempionluğa görə xoşbəxt olduğunu söyləyib: "Səndən daha keyfiyyətli komandalara qalib gəlmək inanılmazdır. Bu, insana xüsusi xoşbəxtlik və məmnuniyyət bəxş edir".

De Byazinin sözlərinə görə, yığmadakı həmkarı Roberto Mançini 2 ildir böyük ailə formalaşdırıb: "Yığmanın heyətində beynəlxalq təcrübəsi yüksək olan futbolçular çıxış edir. Komandada Corco Kyellini və Leonardo Bonuççi kimi liderlərin olması isə əlavə üstünlükdür".

Qeyd edək ki, finalda İngiltərə millisini penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub. (Report)

Oxşar xəbərlər

İlin ən yaxşı baş məşqçisi - Roberto Mançini
BOS İtaliyanın bayrağının rənglərinə büründü - FOTO
"Avropa çempionatına qatılmaq əla olardı" - De Byazi
Millimizin baş məşqçisinin favoritləri - AVRO-2020
"Azərbaycanın Avropada sözünü deyə biləcək futbolçuları var" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər