Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb
2017-ci ildə keçiriləcək Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb. Sportfm.az xəbər verir ki, Rusiyada təşkil ediləcək yarışın iştirakçıları ümumilikdə 20 milyon dollar qazanacaq. Turnirin qalibi 4,1 milyon, finalçısı 3,6 milyon gəlir əldə edəcək. Bürünc mükafatçı 3 milyon, medal şansını sonda əldən verən komanda 2,5 milyona sahib olacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon ödəniləcək.
Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək. Yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatması sabah keçiriləcək.
Oxşar xəbərlər
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb
Konfederasiyalar kubokunda 2 oyun keçiriləcək
Smolov fərqləndi, ruslar qələbə qazandı - Konfederasiyalar Kuboku - 2017
Rusiya ilk böyük futbol turnirini keçirir
Portuqaliya yığması ilk dəfə mötəbər turnirə qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası