Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Portuqaliya yığması ilk dəfə mötəbər turnirə qatılacaq
EURO 2016-nın qalibi adını qazanan Portuqaliya millisi gələn ilin yayında Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə əldə edən 7-ci komanda olub. Apasport.az saytının məlumatına görə, pireneylilər tarixində ilk dəfə bu yarışa qatılacaqlar. Meydan sahibi, dünya və konfederasiya çempionlarının qatıldığı yarışda Rusiya, Almaniya, Çili, Avstraliya, Yeni Zelandiya, Meksika milliləri də mübarizə aparacaq. Yarışın sonuncu iştirakçısı isə gələn il baş tutacaq Afrika Millətlər Kubokunun qalibi olacaq.
Qeyd edək ki, gələn il iyunun 17-dən iyulun 2-dək keçiriləcək yarışın oyunları Moskva, Sankt-Peterburq, Soçi və Kazanda oynanılacaq.
Oxşar xəbərlər
Konfederasiyalar kubokunda 2 oyun keçiriləcək
Smolov fərqləndi, ruslar qələbə qazandı - Konfederasiyalar Kuboku - 2017
Rusiya ilk böyük futbol turnirini keçirir
Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb
Çili Avropa çempionunu gözləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası