Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Smolov fərqləndi, ruslar qələbə qazandı - Konfederasiyalar Kuboku - 2017
Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017 start götürüb.
Sportfm.az xəbər verir ki, 8 komandanın mübarizə apardığı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçirilib.
Sankt-Peterburq şəhərində keçirilən və kolumbiyalı referi Vilmar Roldan idarə etdiyi qarşılaşmanı meydan sahibləri qazanıblar. Ruslar iki cavabsız qola seviniblər.
A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq.
Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.
FİFA Konfederasiyalar Kuboku - 2017
A qrupu
17 iyun
Rusiya - Yeni Zelandiya - 2:0
Qollar: Boxall, 31 (öz qapısına), Smolov, 69
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Sankt-Peterburq. "Krestovski" stadionu
Oxşar xəbərlər
Ev sahibi turnirlə vidalaşdı - Konfederasiyalar Kuboku 2017
Ev sahibləri məğlub oldu, meksikalılar qalib gəldi - Konfederasiyalar Kuboku 2017
Konfederasiyalar kubokunda açılış oyununun hakimi kimdir?
Rusiya ilk böyük futbol turnirini keçirir
Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası