reklam
Sportfm.az xəbər saytı

"Qadağaların olması çempionata təsir edəcək" -Millimizin oyunçusu


"Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir". 

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib. 

27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim üçün çox gözlənilməz qərar oldu. Amma nə edə bilərik? Dövlətimizin qanunu hamımız üçündür. Lakin həftəsonu qadağaların olması Premyer Liqanın bərpasına təsir edəcək. Bizə icazə verilən günlərdə maksimum məşq edib hazırlaşmalı, özümüzü və sağlamlığımızı qorumalıyıq". 

Premyer Liqa komandalarından yalnız "Qəbələ" bölgədə olduğu üçün məşq edə biləcək. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu məsələ ilə bağlı bunu söyləyib: "İcazə versəydilər, biz də Qəbələdə qalıb məşq edərdik (gülür).

Forvard xüsusi karantin dönəmində çəki ilə bağlı problem yaşamadığını vurğulayıb: "Kökəlmək mənə yad olan xüsusiyyətdir. Əksinə karantin dönəmində 1 kilo arıqlamışam. Sadəcə hazırda öz formamdan uzağam. İnanıram ki, bu da zamanla düzələcək.  

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur. (Report)

 

Oxşar xəbərlər

Vaqif Sadıqov çempionatın taleyi ilə bağlı danışdı: "Operativ Qərargahın rəyləri çox vacibdir"
"Çempionatın ləğvi yaxşı qərar olardı" - Rauf Əliyev
"Klublar çox ağır vəziyyətə düşüblər" - Vaqif Sadıqov
"Qəbələ"dən başqa heç bir klub məşq edə bilməz
"Hazırkı vəziyyət gənc oyunçulara çox pis təsir edir" Rövlan Muradov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər