"Klublar çox ağır vəziyyətə düşüblər" -Vaqif Sadıqov
"Bu qərarı Məşqçilər Komitəsi olaraq öz aramızda müzakirə etmişik. Klublar çox ağır vəziyyətə düşüblər. Çıxış yolu tapıb-tapmayacaqlarını deyə bilmərəm".
Sportfm.az xəbər verir ki, bu fikirləri AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov həftəsonu tətbiq olunan qadağalara görə klubların məşq edə bilməməsi barədə danışarkən deyib.
Vitse-prezident UEFA-nın yerli çempionatları idman prinsipləri əsasında sona çatdırılmasının tərəfdarı olduğunu xatırladıb: "Biz də bunun tərəfdarı olmuşuq. İstəyirik ki, çempion və avrokubok iştirakçıları idman prinsiplərinə görə müəyyənləşsin. Ancaq fors-major hallarda hər bir qərar qəbul olunandır və biz bunu başa düşməliyik. Hazırkı qərar odur ki, çempionat iyunun 21-də başlasın, yəqin ki, klublarla hansısa müzakirələr aparılacaq. AFFA, PFL rəhbərliyi və klublar bir araya gəlib qərar veriblər. Hesab edirəm ki, hər birinin məsləhətləri vacibdir və onlara ehtiyac var. Bundan sonra atılan addımları görəcəyik və istər-istəməz Operativ Qərargahın qərarlarına uyğun nəsə edə bilərik. Hələ ki, gözləmə mövqeyindəyik. Qərargahın qərarına əsasən ehtiyac olsa, yenə bir araya gəlib çempionatla bağlı müzakirə aparmaq olar".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 13-15 iyunda da tətbiqi nəzərdə tutulur (Report).
Oxşar xəbərlər
Məşqlərə icazə verilibsə, çempionatı da vaxtında başlatmaq mümkün olacaq" - Vaqif Sadıqov
Vaqif Sadıqov çempionatın taleyi ilə bağlı danışdı: "Operativ Qərargahın rəyləri çox vacibdir"
"Çempionatın ləğvi yaxşı qərar olardı" - Rauf Əliyev
"Qadağaların olması çempionata təsir edəcək" - Millimizin oyunçusu
"Qəbələ"dən başqa heç bir klub məşq edə bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası