reklam
Boksçumuz Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

Boksçumuz Avropa çempionatının finalında


Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Sportfm.az xəbər verir ki, yarışın yarımfinal mərhələsində iştirak edən 4 boksçumuzdan biri artıq finala yüksəlib. Belə ki, təmsilçilərimiz arasında rinqə ilk çıxan Anna Əlimərdanova adını həlledici mərhələyə yazdıra bilib. 54 kq çəki dərəcəsində mübarizə aparan xanım dəri əlcək ustası fransalı Delfan Mançinini məğlub edib. Artıq onun rəqibi də məlumdu. Anna qızıl medal uğrunda yerli idmançı Stanimira Petrova ilə üzləşəcək. 
Qeyd edək ki, digər yarımfinal görüşləri də bu gün keçirləcək.

Oxşar xəbərlər

İki boksçumuz finala yüksəldi
Boksçumuz yarımfinalda - Avropa çempionatı
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər