reklam
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı


Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Sportfm.az saytının məlumatına görə, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub. İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.
 
Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayıb. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verib. Təmsilçimiz irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibindən üstün olan Albert qələbə qazanaraq 1/4 finala yüksəlib.
 
Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vurublar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edib. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.
 

Oxşar xəbərlər

Rio-2016: Üçüncü medalı Kamran qazandı: Minimum bürünc!
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio-2016: Məhəmmədrəsul Məcidov çıxışını başa vurdu
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər