Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının daha 4 üzvü mübarizəyə qoşulub. Rinqə ilk olaraq Cavid Çələbiyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/16 finaldan start verib. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. 1:2 hesabı ilə məğlub olan Cavid çıxışını başa vurub. Bu döyüşdən 15 dəqiqə sonra daha bir təmsilçimiz yumruğunun gücünü sınayıb. 64 kq çəkidə mübarizə aparan Lorenzo Sotomayor da Olimpiadaya 1/16 finaldan başlayıb. Avropa Oyunlarının qızıl medalçısı debütdə ukraynalı Volodimir Matviçuku mübarizədən kənarlaşdırıb - 3:0. Bu nəticə ilə legioner boksçumuz 1/8 finala yüksəlib. Gecənin üçüncü matçında Pərviz Bağırov (69 kq) çıxış edib. Dünya çempionatının bürünc, Avropa Oyunlarının isə qızıl medalını qazanmış gənc boksçumuz 1/8 finalda Fransa təmsilçisi Sissoko Süleyman Diopla münasibətlərinə aydınlıq gətirib. Təmsilçimiz rəqibinə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Nəhayət azərbaycanlı bokssevərlər gecəyə bayraqdarımız Teymur Məmmədovun çıxışı ilə yekun vuraublar. 81 kq çəkidə döyüşəcək London Olimpiadasının bürünc, Avropa Oyunlarının qızıl medalçısı ikinci matçını keçirib. O, 1/8 finalda hollandiyalı Peter Müllenberq ilə üz-üzə gəlib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn bayraqdarımız 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
Rio-2016: Boks yığmamız daha bir medalı təmin etdi
Rio-2016: Üçüncü medalı Kamran qazandı: Minimum bürünc!
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası