reklam
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Sportfm.az xəbər saytı

Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda


 
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçirib. Rinqə ilk olaraq Albert Səlimov çıxıb. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.
 
Bu mübarizə başa çatan kimi isə digər dəri əlcək ustamız, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayıb. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə Artyom Çebotaryov (Rusiya) olub. Rəqibinə qalib gələn Şahsuvarlı 1/4 finala yüksəlib.
 

Oxşar xəbərlər

Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Daha iki boksçumuz dünya çempionatında iştirak hüququ qazandı
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər