reklam
Azərbaycan yığmasının üzvünə 1.6 milyon avro qiymət qoyuldu
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının üzvünə 1.6 milyon avro qiymət qoyuldu


Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirlikləri çempionatının (BƏƏ) ən dəyərli futbolçuları sırasındadır.

Sportfm.az xəbər verir ki, bununla bağlı araşdırma aparılıb.

Çempionatın ən qiymətli oyunçusu "Əl-Ain"də çıxış edən qazaxıstanlı yarımmüdafiəçi Baurjan İslamxandır. Hazırda onun transfer qiyməti 2,4 milyon avroya bərabərdir. İkinci sırada "Əl-Vasl"ın brazilitalı pleymeykeri Fabio Lima (2 milyon) qərarlaşır.

Bu ilin əvvəlində "Astana"dan "Baniyas"a keçən Almeyda 1,6 milyon avro dəyərində göstərilir. Milliləşdirilmiş braziliyalı bu baxımdan 3-cü yeri bölüşdürür. Eyni qiymətdə göstərilən digər futbolçu İspaniya millisinin sabiq hücumçusu, Avropa çempionu Alvaro Neqredodur.

BƏƏ çempionatı koronavirus pandemiyasına görə dayandırılıb. Liqa rəhbərliyi maliyyə böhranını aradan qaldırmaq üçün yüksək ödənişli futbolçuların maaşlarının 40 faizini kəsməyi planlaşdırır.

Oxşar xəbərlər

Mahir Emrelinin hazırki transfer qiyməti açıqlandı - 1 milyon avro
Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu
Dünyanın ən bahalı futbolçularının adları açıqlandı
Millimizin üzvü ən bahalı futbolçular sırasında
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər