reklam
Mahir Emrelinin hazırki transfer qiyməti açıqlandı -
Sportfm.az xəbər saytı

Mahir Emrelinin hazırki transfer qiyməti açıqlandı -1 milyon avro


“Transfermarkt” “Legiya”nın futbolçularının transfer dəyərində yeniləmə edib.

Sportfm.az xəbər verir ki, Almaniya nəşri Polşa təmsilçisinin ümumi qiymətinin 26,73 milyon avroya bərabər olduğunu açıqlayıb.

Varşavalıların ən bahalı oyunçusu braziliyalı Lukinyasdır. Onun qiyməti 3,5 milyon avroya bərabərdir. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer dəyəri isə 1 milyon avro olaraq göstərilib.

Uğurlu mövsüm keçirən Emrelinin qiymətinin mövsümün sonunda bundan qat-qat baha olacağı da vurğulanıb. Mahirlə yanaşı, 175 min avro dəyərində göstərilən müdafiəçi Maik Navroçkinin də qiymətinin mövsümün sonuna qədər böyük sıçrayış etməsi gözlənilir.

Oxşar xəbərlər

Emrelinin transfer qiyməti artdı - 2 milyon
Emin Mahmudov, Mahir Emreli – 1 milyon avro
"Sabah"ın sabiq futbolçusu ən bahalı transferlər sırasında
Bakıda 1,5 milyard avro dəyərində oyun
Dünyanın ən bahalı futbolçularının adları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər