Millimizin üzvü ən bahalı futbolçular sırasında
Qazaxıstan Premyer Liqasında ən bahalı futbolçuların yeni qiymətləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, transfermarkt.de saytının hazırladığı siyahıda ilk "10-luğ"a Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda da düşüb. "Astana" klubunda çıxış edən Almeydanın dəyəri 1,5 milyon avrodur. O həm də Azərbaycan yığmasının ən bahalı oyunçusudur. Braziliya əsilli pleymeyker macarıstanlı həmklubu Laslo Klyaynhayslerlə birgə 9-10-cu yerləri bölüşür.
"Qarabağ"ın daha bir sabiq futbolçusu, hazırda "Astana"da çıxış edən hücumçu Pedro Enrike isə 2-ci pillədə yer alıb. Onun qiyməti 2,8 milyon avrodur. İlk pillədə bu klubun 3 milyon avro dəyərə malik xorvatiyalı yarımmüdafiəçisi Marin Tomasov qərarlaşıb. Hərəyə 2,5 milyon avro qiyməti olan Dmitri Şomko və Roman Murtazayev 3-4-cü yerləri bölüşürlər. Onlar da Qazaxıstan çempionunun formasını geyinirlər.
Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də, Pedro Enrike ilə isə iyulun 14-də müqavilə bağlayıb. Onların yaxın vaxtlarda "Qarabağ"a qayıdacaqlarına dair xəbər yayılıb.
Oxşar xəbərlər
Premyer Liqamızın dəyəri artdı
Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu
Bakıda 1,5 milyard avro dəyərində oyun
Topaz Premyer Liqasında futbolçuların transfer qiymətləri açıqlandı - SİYAHI
Pedro Enrikedən Baqali Daboya qədər - çempionatımızın ən bahalı futbolçuları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası