Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Karantin vaxtı manqal qaladı, polis cərimə etdi
Belçikanın “Standard” klubunun futbolçusu Obbi Oulare koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarına əməl etmədiyi üçün cəzalanıb.
Sportfm.az xəbər verir ki, belçikalı hücumçu dostları ilə manqal partisi təşkil edərkən yaxalanıb.
24 yaşlı futbolçu bu hərəkətinə görə yerli polis tərəfindən 250 avro cərimə olunub.
Oulare Belçika mətbuatına açıqlamasında bunları söyləyib: “Parti təşkil etməmişdik. Amma qonşularım polisə xəbər veriblər. Mən səhv bir iş gördüyümü düşünmürəm. Polislər də işlərini görürlər, amma həddən artıq həssas davrandılar”.
Belçikada bu günə qədər 30 mindən çox insan koronavirusa yoluxub, 3600-dən çox adam həyatını itirib.
Oxşar xəbərlər
AFFA klubları cərimələdi - 80 manat
AFFA klubları cəzlandırdı - I Divizion
Ronaldo yerində durmur - Karantin qaydalarını pozdu
Yuventusun ulduzu karantindən qaçdı - İkinci cəhd baş tutdu
I Divizionda cəzalar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası