AFFA klubları cərimələdi -80 manat
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci divizonunun 10-cu turu ilə bağlı qərarlar verilib.
I Divizionun VIII turunun “Keşlə-2” – MOİK oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün 80 manat cərimə olunub.
“Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
VIII turun “Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunub.
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qarabağ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
VIII turun “Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunub.
VIII turun “Neftçi-2” – “Turan Tovuz” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
VIII turun “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oxşar xəbərlər
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
AFFA klubları cəzlandırdı - I Divizion
AFFA klubları cərimələdi - 800 manat
I Divizionda cəzalar açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası